Haqqımızda

“Borusan Makina Azərbaycan” şirkəti 1997-ci ildə Bakı şəhərində təsis edilib. “Borusan Makina Azərbaycan”, 1994-cü ildən etibarən “Caterpillar” məhsullarının Türkiyədəki rəsmi nümayəndəliyi olan “Borusan Makina ve Güc Sistemleri” şirkətinin bir parçası olaraq fəaliyyət göstərir. Bugün, “Borusan Makina ve Güc Sistemleri” Türkiyənin nəhəng konqlomeratı olan “Borusan Holding”`in bir parçasıdır. Quruluşundan etibarən böyüyərək 6000 nəfəri işlə təmin edən 40 şirkətlik bir ailə halına gəlmişdir. Uzun illərin tərcübəsi “Borusan Holding”`in ən çox şaxələndirilmiş fəaliyyətə sahib olan şirkətlər arasında yer almasını mümkün edir. Boru istehsalı, soyuq prokatlı polad listlərin istehsalı, “BMW”, “Mini Cooper” və “Land Rover” markalarının Türkiyədəki rəsmi nümayəndəliyi, “Caterpillar”`ın Türkiyə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Qırğızıstan üzrə rəsmi nümayəndəliyi, logistika və telekommunikasiya, habelə Türkiyənin Gemlik limanı və enerji sektoru holdinqin fəaliyyət sahələrinə misal göstərilə bilər. Tikinti sahəsində fəaliyyət göstərən podratçıları, neft, qaz və enerji şirkətlərini əsas müştərilərimiz arasında göstərə bilərik. “Borusan Makina Azərbaycan”, “Caterpillar” tikinti texnikasının habelə “Metso” daşdoğrayan qurğuların, “Mecalac”, “Exxon Mobil”, “Genie”, “Olympian” və “Clyde Union” kimi markaların məhsullarının satışını və servisini təmin edir. “Borusan Makina ve Güç Sistemleri” satış və satış sonrası dəstək xidməti, zəmanətli istifadədə olmuş texnikalar, kogenerasiya, mexaniki güç avadanlıqlarının da daxil olduğu sayısız-hesabsız həll yolları təklif edir.